AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının 2024-cü ilin II yarımilinə dair İş Planı

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının
2024-cü ilin II yarımilinə dair İş Planı

  1. GRECO-nun 5-ci dəyərləndirmə raundu çərçivəsində təşkilat tərəfindən verilmiş və icrası mümkün tövsiyələrə dair müvafiq işlərin görülməsi (avqust-dekabr 2024-cü il)
  2. Qiymətləndirilməsi Komissiyaya həvalə edilmiş milli fəaliyyət planlarının icra vəziyyəti üzrə dövlət orqanlarından (qurumlarından) daxil olan hesabatların ümumiləşdirilərək təhlilinin həyata keçirilməsi (avqust-dekabr 2024-cü il)
  3. Dövlət proqramlarının monitorinqi üzrə İşçi Qrupun tərkibinin müəyyən edilməsi (sentyabr-dekabr 2024-cü il)
  4. Korrupsiya risklərinin qiymətləndirilməsi üzrə İşçi Qrupun tərkibinin müəyyən edilməsi (sentyabr-dekabr 2024-cü il)
  5. Komissiyanın yanında fəaliyyət göstərən işçi qrupların tərkibinin yenilənməsi (avqust-dekabr 2024-cü il)
  6. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla (GRECO, OECD, MONEYVAL və digərləri) əməkdaşlığın davam etdirilməsi (avqust-dekabr 2024-cü il).